|
Keçəçi oğlu Məhəmməd (18.07.1864-20.11.1940) Xanəndə. Xanəndəlik sənətinə Şuşada Xarrat Qulunun və Məşədi İsinin məktəbində yiyələnmişdir. “Bayatıqacar” muğamını orijinal tərzdə və xüsusi ustalıqla ifa etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları “Sport-rekord” (Varşava) və “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1926-cı ildə Ü.Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Filarmoniyasına dəvət olunmuş və gənc xanəndələr yetişdirmişdir. Mənbə[Azərbaycan Milli Konservatoriyası] Xarici Keçidlər |
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.