Misirdə nüfus artma qrafiği - 1800də 2,5 milyon, 1900də 12,5 milyon, 2000də 68 milyon.
Misir (Ərəbcə: مصر Misr/Masr) , Misir Ərəb respublikası ( Ərəbcə : Cumhûriyet Masr'al Ərabiye) Şimali Afrikanın ən nüfuzlu ölkəsidir. Ölkənin əsas yaşayış məntəqələri Nil çayı boyunca yerleşir.
Misir - üç qitəni – Asiya, Afrika və Avropanı birləşdirən yolların kəsişdiyi mərkəz, ən qədim dünya sivilizasiyası ölkələrindən biridir. Ölkə Afrikanın şimal-şərqində və Asiyanın cənub-qərbində yerləşir. Şərqdən İsrail, cənubdan Sudan, qərbdən Liviya ölkələri ilə həmsərhəddir. Şimaldan Aralıq dənizi, şərqdən – Qırmızı dəniz əhatə edir. Ölkənin sahəsi 1025 min kv. km-ə yaxındır.
İqlim
Aralıq dənizi boyunca ensiz sahil xəttinin iqlimi – subtropik, qalan ərazidə tropik səhra iqlimidir. Burada hava son dərəcə qurudur, ilboyu azbuludlu olur, çox az-az yağış yağır. Misir üçün temperaturun kəskin dəyişməsi xarakterikdir. Asuanda noyabrda hava gündüz 41°C-dək qıza, gecə isə 3°C-dək soyuya bilər. Yanvarda orta temperatur şimaldan cənuba 14°C-dən 17°C-dək, iyulda 26°C-dən 33°C-dək dəyişir.
Pul
Pul vahidi – Misir funtudur. Funt 100 piastra bölünür. Yerli pulun aşağıdakı dəyərləri var: 100, 20, 10, 5, 1 Misir funtu banknotları; 50, 25 piastr banknotları; 20, 10, 5 xırda pulları. Valyutanın dəyişdirilməsi yerli bankların vasitəsilə həyata keçirilir. Kredit kartları iri mehmanxanaların çoxunda qəbul edilir. Bir Amerika dollarını təqribən 3,5 misir funtuna dəyişirlər.