Protestantlıq

Article on other languages:

Protestantlıq (latınca: protestans - etiraz edən) - pravoslavlıqkatolisizm ilə yanaşı xristianlığın başlıca cərəyanlarından biri.

Avropada Reformasiya dövründə meydana gəlmişdir. Teoloqlar Martin Lüterin, J. Kalvinin, Svinqlinin təlimi protestantlığın əsas ehkamları idi. Protestantlığın əsas qolları lüteranlıqkalvinizmdir. Protestantlar Kilsənin adamlarla Allah arasında vasitəçi olması hüququnu rədd edərək göstərirdilər ki, hər bir şəxs öz daxili inamı vasitəsilə günahlarını yuya və bilavasitə allahla əlaqə yarada bilər.

Protestantlıq xristian kultunu xeyli sadələşdirdi, müqəddəslərə pərəstişi rədd etdi. Əsasən, Skandinaviya ölkələrində, Almaniya, İsveçrə, Böyük Britaniya, Avstraliya, Kanada, Yeni Zelandiya, Niderlandda, ABŞ-da yayılmışdır.

Reform sonrası ortaya çıxan dini münasibətlər nəticəsində sonradan 3 qola ayrılmıstır. Bunlar:

  1. Lüteranlıq
  2. Kalvinizm
  3. Anglikanizm

This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.