Qədim Misir

Article on other languages:

Qədim Misir Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında qədim dövlət. Tarixi 6 dövrə bölünür: Erkən padşahlıq (e.ə. təqr. 3000-e.ə. təqr. 2800), qədim padşahlıq (e.ə. təqr. 2800-e.əş təqr. 2250), orta padşahlıq (e.ə. təqr. 2050-e.ə. təqr. 1750), yeni padşahlıq (e.ə. təqr. 1580-e.ə. təqr. 1070), Liviya-Sais və İran dövrü (e.ə. təqr. 1070-e.ə. təqr. 332) və Yunan-Roma dövrü (e.ə. 332-eramızın 395).

Erkən padşahlıq

Bu dövründə ilk iki sülalə hökmranlıq etmişdir. Misirin birinci fironu Narmer (Qədim Misir tarixçisi Manefonun məlumatına görə Mina) Aşağı Misir üzərində qələbə çalaraq ölkəni vahid dövlətdə birləşdirdi. Birinci Misir sülaləsinin hakimiyyəti dövründə Misirdə süni suvarma əkinçiliyi inkişaf etmiş, daş və mis alətlər təkmilləşdirilmiş, Memfis şəhərinin əsası qoyulmuş, mərkəzləşdirilmiş dövlət yaradılmış və işğalçılıq müharibələrinə başlanılmışdı.


This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.