|
Article on other languages:
|
Siciliya - Aralıq dənizində ən böyük ada. İtaliyanın tərkibindədir. Sah. 25,460 km². Apennin yarımadasından cənubda yerləşir və Messina boğazı vasitəsi ilə ondan ayrılır. Sahilləri, əsəsən, dik və az girintili çıxıntılıdır. Dağlıq və təpəli relyef üstündür. Şimal sahili boyu Apennin yarımadasındakı dağların davamı olan silsilələr və ayrı-ayrı massivlər (Peloritan dağları, Nebrodi, Le-Madoniye) uzanır. Mərkəzi hissəsini alçaq dağlıq sahələr və təpəliklər tutur; cənub-şərqdə karstlı İblen platosu yerləşir. Şimal və qərb sahillərində akkumulyativ düzənliklər var. Adanın ən yüksək nöqtəsi Etna vulkanıdır (3340 m). Tez-tez zəlzələlər olur. Faydalı qazıntıları: kükürd, neft, təbii qaz və s. İqlimi Aralıq dənizi tipli subtropikdir. Etnanın zirvəsi ilin 9 ayı qarla örtülü olur. İllik yağıntı düzənliklərdə 400-600 mm, dağlarda 1200-1400 mm. Çayların çoxu yayda quruyur. Torpaqları əsasən, dağ-qəhvəyi və qırmızıdır. Makvis, qariqa və Aralıq dənizi tipli çöl bitkiləri geniş yayılmışdır. Wikimedia Commonsda
Siciliya ilə əlaqədar müxtəlif fayllar var.
|
This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.