Xristianlıq

Article on other languages:

Latın xaçı, İsanın çarmıxını xatırlayan simvol.

Xristianlıq (digər adları: məsihilik, nəsraniyyət, tərsa, xaçpərəstlik) dünya dinlərindən (buddizmislamla bərabər) biri, İbrahimi din kimi sayılır.

Bibliyaİsanın əqidələri ətrafında mərkəzləşdirilmiş, dünyada tərəfdarlar görə (2.1 milyard 2007 ildə) birinci dindir. Avropada, hər iki Amerikalarda, cənubi AfrikadaOkeaniyada üstün olandır. Xristianlıq (yunan dilindən Χριστιανισμός (Christianios, yəni Xristosa məxsus) sözü yazısında ilk dəfə Antioxiyalı İqnatida var. Dinin üç əsas cərəyanları katolisizm (o cümlədən köhnə katolisizm), pravoslavlıq (o cümlədən köhnə təriqətçilik) və protestantizmdir. İslah edilmiş kilsələr arasında presviterianlıq, konqreqasionizm, baptizm, anabaptizm, metodizmYeddinci günün adventistləri var. Demək olar ki hər xristian cərəyan kilsə formada təşkil olunur. İsanın əqidələrindən başqa xristianlıq Üç üqnum, günahlardan nicat və bir neçə ayinlar daxil edir. Katoliklər, Şərqi xristianlar və protestantlar mərasimləri liturgiya təqvimə görə aparırlar. Müxtəlif kilsələri birləşmək çalışan hərəkat ekumenizm adlanır.

Doktrinası

Xristian doktrinası Yəhudi Məsiha doktrinasından fərqlənir. Xristianlığın əsas ehkamı odur ki, İsanın ölüm və dirilmə vasitasilə günahkar adamlar onunla yenidən birləşmiş, əbədi həyatı əldə etmək bacaracaqlar. Xristianlar inanırlar ki, bəşəriyyətin nicatına görə dualamış İsa Əhd-i ətiq peyğəmbərliklərini yerinə yetirmək üçün dünyaya gəlmişdir. İsanın mahiyyətin üzərində teoloji müzakirələrə baxmayaraq, xristianlar həmçinin inanırlar ki, o şəxslənmiş Allahdır, həmçinin tamamilə ilahi və tamamilə insani. Bu o deməkdir ki, İsa adi adamın əziyyətləri çəkmişdir və Allah kimi dirilmiş, göyə qalxdı.

Nicat ilahi iltifat vasitasilə nail olunur, lakin katolisizm və şərqi pravoslavlığa görə bu iltifat ilə əməkdaşlıq etmək üçün öz arzusu lazımdır. İslah edilmiş teologiya isə deyir ki, adamlar öz günahını təmizləmə üçün qabiliyyətsizdirlər, amma Allahın iltifatı üstün gəlir.

Esxatologiyasında adamın ölümündən sonra onun ruhu cənnətə və ya cəhənnəmə gedir (katolisizmdə həmçinin ə'raf var). Məhşərdən sonra ölülər dirilmiş olacaqlar.

Tarixi

İxtis (yunanca "balıq"), İsa Xristos yunan inisiallardan gələn erkən xristianlığın simvolu.

Ən'ənəyə görə xristianlığı yaylatmaq həvarilər PyotrPavel başlamışdılar. Roma imperatorun I Konstantin Milan fərmandan sonra xristianlıq Roma imperiyasında rəsmi din oldu.

Zaqafqaziyada yeni eranın ilk əslərindən yayilmağa başlamışdı. Albaniyalı həvari Yelisey, Yerusəlimin birinci patriarxı həvari Yaqub tərəfindən Qafqaz Albaniyası patriarxı tə'yin olunmuşdu. 313 ildə çar Urnayr xristianlığı Qafqaz Albaniyasında dövlət dini e'lan etdi.

Xarici keçidlər



This article is from Wikipedia. All text is available under the terms of the GNU Free Documentation License.